Bu gün biz Ukraynaya mühüm hava hücumundan müdafiə sistemini modernləşdirmək üçün 138 milyon dollar ayırmaq barədə saziş imzaladıq.
Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brinkin deyib.
Onun sözlərinə görə, maliyyə Rusiyanın enerji şəbəkəsinə və Ukrayna xalqına qarşı davam edən hücumları zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərini işlək vəziyyətdə saxlamağa kömək edəcək.