azerbaycanxeberleritv.az » Manşet » Sabahın hava proqnozu açıqlandı
Manşet / Gündəm / Hava / 28-06-2024, 15:43

Sabahın hava proqnozu açıqlandı

 Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti olacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.