azerbaycanxeberleritv.az » Manşet » Sabah yağış yağacaq
Manşet / Gündəm / Hava / 1-07-2024, 14:53

Sabah yağış yağacaq

 Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Bu barədə Azerbaycanxeberleritv.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-45 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.


Müəllif: Azerbaycanxeberleritv.az

Tarix : 2024.07.01 / 12:38

  


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.