azerbaycanxeberleritv.az » Manşet » Çimərlikdə qadınların çantasını soyan "ağsaqqal" TUTULDU
Manşet / Hadisə / 16-07-2024, 15:56

Çimərlikdə qadınların çantasını soyan "ağsaqqal" TUTULDU

 İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.


Bu barədə DİN-in mətbuat xidmətindən Azerbaycanxeberleritv.az-a bildirilib.


Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.