Qarabağ Universetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.
Səbuhi İbayev bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb.
Bu təyinatadək Səbuhi İbayev Azərbaycan Milli Konservatoriyasının müəllimi,Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asef Zeynallı adına musiqi kollecinin və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.
Qeyd edək ki,Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev həmçinin Prezident mükafatçısıdır.
Saytımızın rəhbərliyi və komandası adından Əməkdar artisti səmimi qəlbdən təbrik edir və fəaliyyətində daimi uğurlar arzulayırıq!