azerbaycanxeberleritv.az » Manşet » Bakıda qaraj, Masallıda ev yanıb
Manşet / Hadisə / 4-08-2024, 14:49

Bakıda qaraj, Masallıda ev yanıb

 Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan taxta tullantıları 3 m² sahədə yanıb.


"Azerbaycanxeberleritv.az" FHN-nin saytına istinadən xəbər verir ki, qarajın qalan hissəsi yanğından mühafizə olunub. 



Masallı rayonunun Həsənli kəndində isə ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.