azerbaycanxeberleritv.az » Manşet » Qarabağ" ikinci dövrəyə böyükhesablı qələbə ilə başladı - Misli Premyer Liqası
Manşet / Gündəm / Dünya / İdman / 18-10-2024, 21:58

Qarabağ" ikinci dövrəyə böyükhesablı qələbə ilə başladı - Misli Premyer Liqası

 Futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start verilib.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.


Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.


Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.