azerbaycanxeberleritv.az » Gündəm » Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi - Körpə öldü
Gündəm / Hadisə / Səhiyyə / 15-04-2025, 14:30

Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi - Körpə öldü

Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi - Körpə öldü


Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı ana son anda ayılıb, bətnindəki döl isə tələf olub.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, hadisə ötən gün Ağdam Mərkəzi Rayon Xəstəxanasının əməliyyatxanasında baş verib.

Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının anidən halı pisləşib və əməliyyat masasında keçinib.

Həkimlərin köməyi sayəsində ana F.Yusifovanın həyatını xilas etmək mümkün olub. Bətnindəki döl isə tələf olub.

Hazırda F.Yusifovanın səhhəti duruma uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.