azerbaycanxeberleritv.az » Gündəm »  Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR
Gündəm / Cəmiyyət / Sosial / Dün, 15:30

 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tərtər Regional Su Meliorasiya Xidməti idarəsinin müdiri Murad Zeynalov dövlət büdcəsinə rəsmən qənim kəsilib.

"Azerbaycanxeberleritv.az" bildirir ki, bu barədə "Dia-az"a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra bildirir: "Bu gün Tərtərdə dövlətin pullarına dədə malı kimi tamah salan Murad Zeynalov bütün bu qanunsuz əməllərinin özünün sadiq əlaltısı - "qara kassası" hesab etdiyi Namiq Məmmədovla birgə həyata keçirir.

Dəfələrlə Namiq Məmmədovun rüşvət və korrupsiya əməllərində iştirakı faktlarla sübuta yetirilsə də və bu dəlillər ictimailəşsə də, nədənsə aidiyyatı qurum və şəxslərin diqqətini cəlb etməyib.

Qeyd edək ki, Namiq Məmmədovun toxunulmazlığının əgər bir səbəbi onun Murad Zeynalov tərəfindən himayə olunmasıdırsa, digər səbəbi də Namiqin Elşən adlı yeznəsinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yüksək vəzifə tutmasıdır.

Aydı olur ki, məhz bu çevrə bu gün Tərtərə ayrılan büdcə vəsaitlərinin üstündə ƏJDAHA KİMİ oturaraq pulları mənimsəyirlər..."

DAVAMI OLACAQ...

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.