Nizami TƏHMƏZOV
XALİDƏ HİCRAN
(Roman)
Yeddinci hissə
I hissə + II hissə + III hissə + IV hissə + V hissə + VI hissə
Qızının bu sözləri Məhəmməd müəllimi çox düşündürdü.Gözlərini naməlum bir nöqtəyə dikib bir müddət beləcə qaldı.
-Nə oldu, ata? – deyə Xalidə narahat oldu, - Sözüm xoşuna gəlmədisə bağışla. Bu mənim şəxsi fikrimdir.
Məhəmməd müəllim :
-Yox, qızım, - dedi, - Söz haqqında dediyin “möcüzə” sözü məni düşündürdü.
-Hə, mən bu barədə çox düşünmüşəm,təhlil eləmişəm. Dünyada neçə millət, neçə xalq, neçə dil var. Bunların hamısı sözlə ifadə olunur. Söz bədii poetik – fəlsəfi duyumları ilə təxəyyülümüzdə geniş əsrarəngiz mənzərələr yaradır. Biz sözün təsiri ilə təsəvvürümüzdə yaratdığımız o gözəl mənzərədən ruhən qidalanır, xoşlanır və duyğulanırıq. Söz elmi dili ilə eyni zamanda təsəvvürlərə aydınlıq gətirir və nəhyət, söz Yer kürəsində insanların bir-birini başa düşməsi, dərk etməsi üçün işlədilən və istifadə olunan ən qiymətli vasitədir.
Xanım söhbətə qoşuldu :
-Düzü, mən sözün bu qədər əhəmiyyət daşıdlğına fikir verməmişəm. Elə adi bir söz kimi qəbul etmişəm.
-Yox, ana, sən çox şey bilirsən, - deyə Xalidə etiraz etdi, - Mən səndən çox şey öyrənmişəm və öyrənirəm. – Birdən o nə fikirləşdisə tələsik ayağa durdu.- Gecikdim, indi Solmaz məni gözləyir.
-Hara gedirsən? – deyə Məhəmməd müəllim təəccüblə qızının üzünə baxdı.
-Quş otarmağa, dünəndən Solmazla danışmışıq.
-Hə...- deyə Məhəmməd müəllim anl fikrə getdi və tez də elavə elədi, - Bu gündən səni quş otarmaqdan azad edirəm. Sən dərslərini oxu, vaxta az qalır.
Xanım təəccüblə :
-Nə deyirsən, a kişi, - dedi, - Bəs quşlara kim baxacaq?
Xalidə dedi:
-Narahat olma, ata, Mənim bir əlimdə ağac, bir əlimdə kitabdır. Həm quşları otarır, həm də dərslərimi hazırlayıram. Oxuyan adm heç nəyi bəhanə etməz.
Elə bu vaxt həyət qapısı açıldı. Gələn Nadir idi və həmişəki kimi balaca Çubuş da onun yanında idi. Hər ikisi tövşəyirdi. Nadirin alnında tər damcıları
gilələnmişdi. Nəfəs aldıqca sinəsi xışıldayır, qəribə səslər çıxarırdı. Bu ansının diqqətindən yayınmadı. Ağacdan asılmış dəsmlı götürüb onun tərini sildi.
-Gör uşağın başına nə oyun açır?
-Dayan, ana,indi yuyunuram, - deyib Nadir ayağa durdu. Hamı eşitsin deyə hündürdən əlavə etdi. – Onsuz da mən pəncərəni yerinə qoyan kimi götürdülər, sevinə-sevinə dedilər ki, “Allah Məhəmməd müəllimin canını sağ eləsin.Bilirik ki,o haram şeyləri evə qoymaz.O cür insanlar olmsa bizim kimi kasıbların işi düzəlməz. Allah belə insanları həmişə var eləesin”. Nadir bu sözləri deyib əl-üzünü yumağa getdi.
Məhəmməd müəllim ötkəm-ötkəm dedi :
-Sağ olsunlar. Ancaq mən kiminsə alqışı ilə deyil, halal zəhmətimlə yaşamağa öyrənmişəm. Sizi də belə tərbiyə etmişəm.
-Halallıq bərəkətdir, oğlum. – Xanım ərinin sözünü təstiqlədi.- Dəfələrlə sınamışam, bizə haram gey düşmür.
Çubuş dilini çıxarıb ləhləyir, nə baş verdiyini başa düşməsə də, gah onun, gah da bunun üzünə baxırdı. Xalidə hər dəfə Çubuşu görəndə istər-istəməz Turgenyevin Mumusunu xatırlayır və onun ölüm səhnəsini böyük təəssüf hissi ilə yad edirdi. Çubuş da Mumu kimi idi, özünü sevdirməyi bacarırdı, iki ayaqları üstü durur, dilini çıxarır, myallaq aşır, hamını güldürürdü. Çubuş yaman Çubuş idi...İndi də Nadirlə pəncırılıri qaytarıb gəlirdilər.
-Gəl, oğlum, təzə dəmləmişəm, gəl çay iç. – Xanımın qayəıkeş səsi sükutu pozdu.
Nadir oturdu.Hələ də yorğunluğu getməmişdi. Bəlkə də onu qaytardığı pəncərənin ağırlığı deyil, tikmək, qurub- yaratmaq imkanlarının olmaması incidir, yorur, ruhunu öldürürdü. O, zamanla ayaqlaşmağı, dövrün nəbzini tutmağı, ümumi axına qoşulmağı çox sevirdi.Bəzən atası ona mane olurdu. Bəzən də atasından çox onun hörməti, izzəti mane olurdu. Nadir bu baryeri aşa bilmirdi. Bayaq pəncərəni görəndə sevincindən gözləri parlayan, baxışları ilə dərin minnətdarlıq hisslərini bildirən həmkəndlisinin dediyi sözlər qulaqlarında səslənirdi: “ Sən elə bir kişinin oğlusan ki, bala, onun adı ömrün boyu sənə bəs edər”. Bu sözlər Nadirin çox xoşuna gəlmişdi və o, bu sözlərin təsiri altda evə nə vaxt gəldiyini bilməmişdi.
-Nə fikirləşirsən, oğlum? – Anasının dediyi sözlər onu xəyaldan ayırdı. – Çayını iç, soyutma.
Məhəmməd müəllim dedi :
-Oğlum, yadında saxla. Halallıq, düzgünlük könül rahatlığıdır. Könül rahatlığını isə dünyada heç nə ilə əvəz etmək olmaz. İnsan müxtəlif yollarla özünə var-dövlət yığa bilər. Amma yığdığı o var-dövlət içərisində, milyonlar içərisində özünə rahatlıq tapa bilməz. Çünki mənəvi rahatləq, könül rahatlığı milyonlarla ölçülmür.Səksəkəli .qorxu içində yaşamaq insanı içindən yeyər, ömrünü qısaldar. Mənim Bakıda bir tanışım vardı.Ədliyyə Nazirinin müavini idi və eyni zamanda Azərbaycan Dövlət Universitetinin hüquq fkültəsində dərs deyirdi. Süründürməçi, bürokrat,rüşvətxorun biri idi. Axırıncı dəfə onu görəndə tanımadım. Arıqlayıb çöpə dönmüşdü, güclə yeriyirdi. Məni görəndə boynumu qucaqlayıb gövrəldi :
-Kaş o vaxt sənin sözünə baxaydım, Məhəmməd, - dedi. – Mən indi başa düüşürəm ki, həyatda hallaıqdan, təmizlikdən, könül rhatlığından gözəl şey yoxdur. İndi hər şeyim var, amma sğlamlığım, rahatlığım yoxdur. Yığdıqlarımın hamısı dərmanlara, həkimlərə gedir. Sonra eşitdim ki, o kişi rəhmətə gedib. Ailəsi dağılıb, uşaqlar pis vəziyyətə düşüb, Qılıncının dalı-qabağı kəsən vaxtlarında heç kimi eşitmirdi. İnsan gərək nəfsini, tamahını saxlaya bilsin, Allahin verdiyi dəyərləri itirməsin.
Nadir dedi:
-Düz deyirsən, ata. Bayaq qaytardığım pəncərələri götürən adamın dediyi sözlər mənə çox xoş təsir bağışladı. Sanki ruhum dincəldi. Qəlbimdən bir rahatlıq keçdi. Mən indiyə qədər belə hisslər yaşamamışam.
-Hətta belə?..- deyə Xalidə maraqla qardaşından soruşdu. – O nə idi elə ?
Məhəmməd müəllim maraqlandı :
-Kim idi, oğlum, nə deyib ki, belə xoşuna gəlib?
Xanım da oğluna yaxın oturdu:
-Yaqin xeyirliyə olar ? – dedi.
-Hə, ana, - sonra Nadir atasına tərəf çevrildi. – Xəlil kişi idi, sevinə-sevinə dedi ki, sən elə bir kişinin oğlusan ki, bala, onun adı ömrün boyu sənə bəs eliyər.
-Görünür onun pəncərəyə bizdən daha çox ehtiyacı varmış. Sağlıqla işlətsin.
-Hə, bu lap yerinə düşdü. – Xanım da öz fikrini bildirdi. – Onun alqışı bizə bəs eliyər.
Xalidə təsirlənmiş halda dedi:
-Bəzən ehtiyc insanları hər şeyə məcbur edir. Ən çətini bu ehtiyac içərisində özünü qorumaqdır. İnsanlar sınır, əyilir, haldan-hala düşür, ehtiyacın bu dəhşətli məngənəsi arasında əzilir, məhv olub gedirlər. Hər insan dözə bilmir. Uşaqların ac gözlərinə baxmaq ölümdən betərdir.
Elə bu vaxt həyət qapısı döyüldü və sonra ardınca kiminsə zəif səsi eşidildi:
-Ay ev yiyəsi...
Nadir qapıya yaxınlaşıb açdı. Gözləri çuxura düşmüş arıq bir kişi idi, ynında da bir uşaq vardı. O, Nadiri görən kimi sevinclə dedi:
-Sabahınız xeyir, Bağışlayın, Məhəmməd müəllimin evi buradır?
-Sabahınız xeyir. Bəli. Siz kimsiniz? Deyəsən biz tanış deyilik ?
-Bəli, Mən Rusiyadan təzə gəlmişəm.
Məhəmməd müəllimin mehriban səsi eşidildi:
-Kimdir? İçəri gəlin.
-Hə, hə...Buyurun - deyə Nadir qapının ağzından gerı çəkilib yol gostərdi, - Buyurun.
Uşaq içəri girən kimi Məhəmməd müəllimi tanıdı. Böyük sevinclə onun üstünə atıldı, möhkəm- möhkəm qucqlayıb bir müddət sakitcə dayandı. Gözləri bulud kimi dolmuşdu, sinəsi tez-tez qalxıb enirdi. Məhəmməd müəllim dünyada onun üçün ən əziz adm idi. Xanım da, Xalidə də hələ də təəccüblə onlara baxırdı. Nəhayət. Nadir başını qaldırıb dedi:
-Nə yaxşı məni tanıdın, Məhəmməd müəllim? Dedim indi yadından çıxarmışan.
Məhəmməd müəllim onun üzündən öpdü:
– Heç səni uutmaq olar?..Maşallah, bir az yekəlmisən.- Sonra Xanıma tərəf çevrildi, - Arvd, samovara od sal, Şərurdan dostum gəlib.
Onlar bir-birinin üzünə baxdı. Nadir çiyinlərini çəkdi. Xalidə sual dolu baxışlarını atasının üzündə gəzdirdi. Balaca Nadir Məhəmməd müəllimin əllərindən tutub buraxmır, hərdən üzünə baxır, sonra da oun etirazına baxmayaraq tez-tez əllərini öpurdü :
-Sən yaxşı adamsan Məhəmməd müəllim.. çox yaxşı adamsan.. Atamı Rusiyadan gətirdin. Bu mənim atamdır.
O. bu sözləri deyib ucadan güldü. Sonra birdən - birə hönkürdü. Hönkürə-hönkürə Məhəmməd müəllimin əlini aparıb göz yaşları ilə islanmış üzünə sürtdü., sonra öpdü.Öpdü və hıçqıra-hıçqıra dedi:
-Mən ağlamıram, Məhəmməd müəllim, sevinirəm. Sevinirəm ki, səninlə bir yerdəyik. Sevinirəm ki, atam bizi özü ilə Rusyaya aparacaq...
Nəhyət, Nadirin atsı irəli gəlib əl verdi:
-Salam. Mənim adım Ramindir.
-Xoş gəlmisiniz, - deyə Məhəmməd müəllim onunla köhnə tanışlar kimi isti-isti görüşdü. – Düzü, Sizi gözləyirdim. İnanırdım ki, gələcəksiniz. Nadir kimi oğlu olan atanın naşükürlük etməyə haqqı yoxdur.
-Bəli,bəli, Sizin məktubunuz mənə çox şeyi anlatdı. Bir neçə dəfə oxuyub ağladım. Oxuyub ağladıqca hər şeyi başa düşdüm.
O, birdən-birə dayandı. Ətrafa baxdı.
Məhəmməd müəllim dedi:
-Narahat olmayın, həyat yoldaşım və uşaqlarımdır, kənar adam yoxdur.
O, gülümsündü, durub bir də oturdu. Sonra yenidən durdu, Əllərini sinəsində çarpazlayıb bir neçə dəfə baş əydi :
-Bağışlayın, - dedi, - Siz Allah, bağışlayın, özümü tamam itirmişəm. Məhəmməd müəllim bizə elə tarixi bir yaxşılıq edib ki,ömrümüz boyu yadımızdan çıxmaz. Nadirə pal-paltar,ayqqabı, yoldaşıma dava-dərman alıb, dəfələrlə bazarlıq eliyib. Amma bir dəfə də olsun bizim evə ayaq qoymayıb. Deyib ki, İnşallah, Ndirin atası ilə birlikdə gələrəm. Sonra da mənim ünvanımı tapıb məktub yazıb.
O, əlini pencəyinin döş cibinə salıb məktubu çıxardı. Böyük sevinclə göstərib dedi:
-Budur, həmişə saxlayıram.Məni evimizə, Nadirin yanına gətirən bu məktub olub. Allah şeytana lənət eləsin. Bir səhvdir, eləmişəm...
-Yaxşı- yaxşı, çayınızı için.- deyə Məhəmməd müəllim təzə süzülmüş çayı onun qarşısına qoydu. – Danış görüm, indi nə etmək istəyirsən, planın nədir? Yenədəmi Rusiyaya getmək fikrindəsən?
-Orda ışım, evim var, Məhəmməd müəllim.
Məhəmməd müəllim ona tərəf əyilib astadan dedi:
- Evlənmisən?
-Yox,yox, Sizin məktubunuz vaxtında çatdı.Oxuyub tərcümə elədim. O da mənə qoşulub ağladı.Sonra da göz yaşlarını silib dedi ki, get arvad uşağının yanına . Gərək vaxtında mənə düzünü deyəydin. Amma yenə gec deyil. Nə isə oldu, Məhəmməd müəllim, Allah şeytana lənət eləsin.
Sonra o, əlini cibinə salıb bir zərf çlxartdı. Stolun üstündə dirsəyinin altına qoydu.Sonra o tərəf, bu tərəfə bxıb pıçıltı ilə Məhəmməd müəllimə dedi:
-Sizə bir az amanat gətirmişəm, Məhəmməd müəllim, borclu qalmaq istəmədim.
-Nə? – deyə təəccüblə onun üzünə baxdı.- Mən heç vaxt təmənnalı iş görməmişəm. Nə etmişəmsə, hamısını Nadirə görə etmişəm. Bu, mənim insanlıq borcumdur. – Sonra Raminə işarə edərək, - onu götür cibinə qoy, – dedi, – Əgər bundan sonra münasibətlərimiz davam edəcəksə, bu, axırıncı dəfə olsun. Götürün onu!...
-Hə,hə.əlbəttə, - deyə o, zərfi götürüb cibinə qoydu.
Xanım onun çayını təzələyib dedi:
-Yoldaşınız indi nəcədir ? Bəs nə üçün onu gətirmədiniz?
Nadir tez dilləndi:
-Mən çox dedm.Elə anam da razı idi. Amma atam qoymadı, dedi ki, ayıbdır, birdən-ikiyə o qapını açmamışıq.
-Çox nahaq yerə,- deyə Xanım təəssüfləndi. – Məhəmməd müəllimin qapısı hamının üzünə açıqdır.O ha qaldı dostum ola...
-Xalidə də söhbətə qarışdı :
-Heyif, gərək gətirəydiniz.
Məhəmməd müəllim qətiyyətlə dilləndi:
-Heç vaxt, heç nə gec deyil. Çayınızı için,bizim Nadirlə gedin götürün gəlin. Yaxın yerdir, siz gələnə qədər mən də balaca dostumla söhbət edərəm.
-Xalidə dedi:
-Çox gözəl fikirdir.
Nadir ayağa durdu:
-Mən hazır.
-Onda mən də öz işimi görüm, - deyə Xanım stolun üstünü yığışdirmağa başladı.
Ramin təəccüb və heyrətlə bir-bir oların üzünə baxdı. Sanki hansısa yad bir mühitə düşmüşdü.Sanki hansısa elə yad bir mühitə və elə bir isanların arasına düşmüşdü ki, bu cür insanları bəlkə də yalnız yuxularda və bəlkə də deyilən cənnətdə görə bilərdi. İndiyə qədər gördüyü və təmasda olduğu adamlardan necə də fərqli idi bu insanlar.Bunlar sanki insan deyil, mələkdirlər. İmkansızlara əl tutmaq, çirkaba düşmüş insanları çəkib çıxarmaq, doğru, düzgün yol göstərmək hər adamın ürəyi, işi-gücü deyil. Məhəmməd müəllimin evini soraqlaşıb gələrkən, yolda ona deyilən sözləri xatırladı Ramin. “ Məhəmməd müəllim Allah adamıdır,ona pənəh gətirən, qapısını açan hər kəs naümid geri qayıtmaz”.
-Nə çox fikrə getdin? – deyə Məhəmməd müəllimin sözləri onu xəyaldan ayırdı.. – Tez gedin,tez də qayıdın, Gözləyirik.
Ramin nəsə demək istədi, Məhəmməd müəllim onun qolundan tutub qapıya tərəf getdi:
-Nə sözün var, qayıdanda deyərsən, - dedi. – Gedin, gedin.
Onlar getdi. Məhəmməd müəllim həyət qapısını örtüb qayıdanda az qaldı yoldaşını ayaqlasın. Cəld onun qollarından tutub saxladı:
-Nə olub, Xanım, fikirlisən? – dedi. – Olmaya dediyim təklif ürəyincə olmadı?
Xanım təəccüblə onun üzünə baxdı:
-Bu nə sözdür? Əksinə, sənə baxanda ürəyim dağa dönür. Fikirləşirəm ki, görəsən həyatda sənin qədər ürəyiaçıq, xeyirxah, insanlara yaxşılıq etməkdən zövq alan ikinci bir adam varmı?
O,gülümsündü. Xalidə də güldü. Sonra Xanımın qoluna girib Xalidəyə göz vurdu:
-Var, arvad, var, - deyə sağ qolunu balaca Nadirin boynuna doladı.
-Var? – deyə Xanım təəccüblə soruşdu.- Mən heç vaxt inanmaram.
-İnan, inan, onu sən də tanıyırsan.
O, təəccüb və heyrətlə ərinə baxdı:
-Tanıyıram?
-Hə, hə, əıbəttə.
-Kimdi o ?
-Sən.
Xanım hündürdən güldü:
-Mən?..
-Hə,hə, Sən sən olmasan, mən də mən olmazdım.
Xalidənin bu sözdən xoşu gəldi:
-Çox doğru, ana. Siz bir-birinizi tmamlayırsınız. Deyərdm ki, lap bir-biriniz üçün yaranmısınız. Bu çox gözəldir.
Balaca Nadir ürək sözlərini dedi:
-Allah Sizin kimi yaxşı insanları qorusun, Siz olmasanız....
-Yaxşı, yaxşı, - deyə Məhəmməd müəllim onun sözünü kəsdi, saçlarını sığlladı. – Bir də belə sözlər danışma, sən mənim dostumsan...
Həmn axşam Məhəmməd müəllimin həyətində çox da böyük olmayan, amma olduqca səmimi, həmişə yaddaqalan bir ziyafət oldu...
***