azerbaycanxeberleritv.az » Gündəm » Dövlət başçısından FƏRMAN
Gündəm / Siyasət / Cəmiyyət / 19-04-2025, 14:30

Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi artırılıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi

146 ştat vahidindən 164-ə, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidindən 57-ə və regional bölmələri üzrə 95 ştat vahidindən 107-ə qaldırılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.