azerbaycanxeberleritv.az » Gündəm » Keçmiş sevgilisinə hücum edən məmur nəvəsi saxlanıldı
Gündəm / Hadisə / Cəmiyyət / Bugün, 09:30

Keçmiş sevgilisinə hücum edən məmur nəvəsi saxlanıldı

Keçmiş sevgilisinə hücum edən məmur nəvəsi saxlanıldı


Mayın 2-si saat 19:30 radələrində paytaxtda keçmiş sevgilisinə bıçaqlı hücum etməkdə şübhəli bilinən 20 yaşlı Murad Əhmədov saxlanılıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu haqda “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Onun sözlərinə görə, şübhəlinin müvafiq izahatları alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Onun sözlərinə görə, M.Əhmədov zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.