Azerbaycanxeberleritv.az: - 207 nömrəli məktəbin direktoruna məxsus səs yazısının yayımlanmasından sonra, ölkənin demək olar ki, bütün media resursları Elm və Təhsil Naziri Emin Əmrullayevi kəskin tənqid etməyə başladı. Lakin aparılan qısa araşdırmalar nəticəsində məlum oldu ki, bu cür məsələlərə birbaşa Elm və Təhsil Nazirliyi deyil, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdehdir.
Məlumata görə, həmin agentliyin strukturunda diqqətçəkən bir şəxsin – Arslan Hacıyevin adı önə çıxır. O, əvvəllər “Azərşəkər” şirkətində satış meneceri vəzifəsində çalışıb. Sonradan Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəhbər təyin olunub. 2024-cü ilin noyabr ayından isə Eşqi Bağırovun əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsinə gətirilib. Daha sonra Eşqi Bağırovun Təqdimatı ilə MÜTDA-nın direktor müavini təyin olunub.