azerbaycanxeberleritv.az » Gündəm » Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqlədi
Gündəm / Manşet / Siyasət / Cəmiyyət / 15-05-2025, 16:00

Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqlədi

Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqlədi

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalının təsis olunacaq.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.