azerbaycanxeberleritv.az » Gündəm » Şəmkirdə satıcılardan əlavə pul tələb olundu: Ət dükanları bağlandı
Gündəm / Sosial / Cəmiyyət / 16-05-2025, 11:00

Şəmkirdə satıcılardan əlavə pul tələb olundu: Ət dükanları bağlandı

Şəmkirdə satıcılardan əlavə pul tələb olundu: Ət dükanları bağlandı

Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır.

"Azerbaycanxeberleritv.az" "Report"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.

Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.

Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.