azerbaycanxeberleritv.az » Gündəm » Yeni Suraxanı qeydiyyatında olmayanların orada dəfninə icazə verilmir - VİDEO
Gündəm / Sosial / Cəmiyyət / Dün, 11:00

Yeni Suraxanı qeydiyyatında olmayanların orada dəfninə icazə verilmir - VİDEO

Yeni Suraxanı qeydiyyatında olmayanların orada dəfninə icazə verilmir - VİDEO

"Camaatın nəzərinə! Yeni Suraxanı qeydiyyatında olmayanlar qəbiristanlıqda dəfn olunmur".

Xezerxeber.az-ın məlumatına görə, sözügedən elan paytaxtın Sabunçu rayonu, Yeni Suraxanı ərazisində yerləşən qəbiristanlığın girişində asılıb.

Qəbiristanlıq nəzarətçisinin sözlərinə görə, həmin ərazidə dəfn xərcləri, eləcə də dəfn üçün torpaq pulsuzdur, bu səbəbdən də ətraf ərazilərdən Yeni Suraxanı qəbiristanlığına dəfn üçün axın olur. Bu isə məhdud sayda yeri olan qəbiristanlığın dolmasına səbəb olduğundan, ancaq yerli əhalinin dəfninə üstünlük verilir.

Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığının rəhbəri Uğur İslamov "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, sözügedən qəbiristanlıq əvvəllər şəhər qəbiristanlığı statusunu daşıyıb, 2019-cu ildə həmin status ləğv edilərək Suraxanı rayonunun balansına verilib. Paytaxt qəbiristanlıqlarında ümumi olaraq sıxlıq müşahidə edildiyindən həmin qəbiristanlıqda yerli sakinlərin dəfninə üstünlük verilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.