azerbaycanxeberleritv.az » Gündəm » Tibbdə inqilab: Süni intellekt xəstələri diaqnoz qoyur və müalicə edir
Gündəm / Dünya / Səhiyyə / Dün, 13:30

Tibbdə inqilab: Süni intellekt xəstələri diaqnoz qoyur və müalicə edir

Tibbdə inqilab: Süni intellekt xəstələri diaqnoz qoyur və müalicə edir


Çinin tibbi texnologiyalar sahəsində ixtisaslaşmış “Synyi AI” şirkəti, Səudiyyə Ərəbistanının Əl-Əhsa bölgəsində dünyada ilk dəfə süni intellektlə işləyən klinikanı istifadəyə verib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu pilot layihə “Almoosa Health Group” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Yeni klinikada pasiyentlər “Dr. Hua” adlı süni intellekt həkimi ilə planşet vasitəsilə əlaqə qururlar. Onlar simptomlarını izah edir, daha sonra AI əlavə suallar verir və rentgen, EKQ kimi tibbi görüntüləri analiz edərək müstəqil diaqnoz və müalicə planı təqdim edir.

AI tərəfindən hazırlanmış müalicə planı insan həkimi tərəfindən yoxlanılır və təsdiqlənir, lakin pasiyentlə birbaşa təmas olmur. İnsan həkimlər yalnız təcili və mürəkkəb hallar üçün klinikada mövcud olurlar.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.