azerbaycanxeberleritv.az » Gündəm » “Aşağı enin” – Meloni ilə Ərdoğan arasında gülüş doğuran dialoq-VİDEO
Gündəm / Dünya / Dün, 13:00

“Aşağı enin” – Meloni ilə Ərdoğan arasında gülüş doğuran dialoq-VİDEO

“Aşağı enin” – Meloni ilə Ərdoğan arasında gülüş doğuran dialoq-VİDEO

Avropa Siyasi Birliyinin Altıncı Zirvə toplantısı əyləncəli anlara səhnə oldu. Əvvəlcə Albaniya Baş naziri Edi Rama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaşanan “ayaqqabı” dialoqu gülümsətdi. Ardınca İtaliya Baş naziri Giorgia Meloni ilə Ərdoğan arasındakı “boy” söhbəti iştirakçılara xoş anlar yaşatdı.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Altıncı Zirvə toplantısının ailə fotosu çəkilişində iştirak edib.

Foto çəkilişi zamanı İtaliya Baş naziri Giorgia Meloni, aradakı boy fərqinin daha nəzərəçarpacaq olmaması üçün əl işarəsi ilə özündən bir pillə yuxarıda dayanan Prezident Ərdoğandan aşağı enməsini xahiş edib.

İkili arasında baş verən səmimi dialoq foto çəkilişinə damğa vurub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.