azerbaycanxeberleritv.az » Gündəm » “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ
Gündəm / Cəmiyyət / Hadisə / Dün, 15:30

“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ

“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ

“Tərtər işi” ilə bağlı ittiham olunan Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov, Ramil Əhmədov, Fuad Ağayev barələrində olan hökmdən kassasiya şikayəti verib.

"Azerbaycanxeberleritv.az" apa-ya istinadən xəbər verir ki, iş Ali Məhkəmənin hakimi İlqar Cəfərovun icraatına verilib.

Məhkəmənin ilk iclasının vaxt məlum deyil.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Cavid Ağadadaşov və Qurban Cümşüdov çəkdikləri cəza hesablanmaqla üzərlərində qəti olaraq 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.