azerbaycanxeberleritv.az » Gündəm » "Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb
Gündəm / Cəmiyyət / Dün, 12:31

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

"Müasir İnternet Resurslarının İnkişafı”  İB-i yeni layihənin icrasına başlayıb


Müasir İnternet Resurslarının İnkişafı” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolunu gücləndirərək, bu prosesin daha şəffaf, müsbət və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin etməkdir. Qayıdış yalnız fiziki məkanın geri alınması deyil, həm də insanları, onların sosial əlaqələrini və mədəni irsini bərpa etmək deməkdir. Məlumatın düzgün və səmərəli paylaşılması insanların çətin və kritik dövrü daha asan və sakit keçirə bilməsi üçün vacibdir.

“Müasir İnternet Resurslarının İnkişafı” İB-inin sədri, eyni zamanda “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu” layihəsinin rəhbəri Zamin Zeynalın verdiyi məlumata görə layihənin həyata keçirilməsi ilə əlaqədar gözlənilən əsas nəticələrdən biri əhali arasında davranış və sosial təcrübə dəyişikliyi olacaq. İnformasiya cəmiyyətinin gücləndirilməsi Qarabağa qayıdan insanların sosial həyatına müsbət təsir göstərəcək, onların qayıdış prosesinə daha asan adaptasiya olmasına kömək edəcəkdir.

Qeyd edək ki, sözügüdən layihənin 3 ay (01.05.2025-31.07.2025) müddətində Abşeron, İmişli və Beyləqan rayonlarında icrası nəzərdə tutulub.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.