azerbaycanxeberleritv.az » Gündəm » Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq
Gündəm / Dünya / 20-05-2025, 10:30

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq


İndoneziya hakimiyyət orqanları Levotobi Laki-laki vulkanı üçün ən yüksək xəbərdarlıq səviyyəsini təyin edib.

"Azerbaycanxeberleritv.az" xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə püskürüb və 3-5,5 kilometr hündürlüklərə kül səpib.

Levotobi Laki-lakinin püskürmə ehtimalı hələ də yüksək olduğu üçün təhlükə səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.

Səlahiyyətlilər əhalini və turistləri Levotobi Laki-laki kraterinə altı kilometrdən daha yaxın yaxınlaşmamağa çağırıb. Bundan əlavə, şiddətli yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola bilər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.