azerbaycanxeberleritv.az » Gündəm » İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq
Gündəm / İqtisadiyyat / Sosial / Cəmiyyət / 20-05-2025, 13:00

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq


İran Kənd Təsərrüfatı Nazirliyinin verdiyi bəzi qərarlar səbəbindən ölkədə istehsal olunan süd və süd məhsullarının 42 faiz bahalaşacağı gözlənilir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, yerli ekspertlər bunu istehsalçıdan alınan südün qiymətinin qalxması ilə əlaqələndirib.

Onlar bildiriblər ki, KTN indiyə qədər bir litri 18 min tümən (30 qəpik) olan südün alış qiymətini 23 min tümənə (40 qəpiyə) qaldırıb. Bunun isə süddən alınan məhsulların maya dəyərinə ciddi təsir edəcəyini düşünürlər. İlkin hesablamalar budur ki, süd, yağ, qaymaq, xama, pendir və ayran ən azı 42 faiz bahalaşacaq.

Qeyd edək ki, hazırda İrandan Azərbaycana bir sıra ərzaq məhsulları gəlir. Onların arasında süd və süd məhsulları üstünlük təşkil edir. Böyük ehtimalla İranda baş verən bahalaşma Azərbaycana gətirlən ərzaq məhsullarının da qiymətinin artmasına səbəb olacaq.//Tribunainfo.az


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.