azerbaycanxeberleritv.az » Gündəm » İsrail bu ölkədən nümayəndələrini geri çağırır
Gündəm / Dünya / 21-05-2025, 09:00

İsrail bu ölkədən nümayəndələrini geri çağırır

İsrail bu ölkədən nümayəndələrini geri çağırır


Fələstinin HƏMAS hərəkatı Amerikanın xüsusi elçisi Stiv Uitkoffun girovların azad edilməsi və atəşkəs planını qəbul etməkdən imtina etdiyi üçün İsrail Dohadan nümayəndə heyətini geri çağırır.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirib.

Qeyd olunub ki, İsrail tərəfi Vaşinqtonun Uitkoff planı əsasında oğurlananların geri qaytarılması təklifi ilə razılaşır, lakin HƏMAS imtina siyasətinə sadiq qalmaqda davam edir.

"Dohada bir həftəlik gərgin təmaslardan sonra yüksək səviyyəli danışıqlar qrupu məsləhətləşmələr üçün İsrailə qayıdacaq", - ofisdən bildirilib.

Onlar əlavə ediblər ki, İsrail işçi qrupu Qətərdə təmaslarını davam etdirəcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.