azerbaycanxeberleritv.az » Gündəm » Gürcüstan Aİ-dən üzr istədi
Gündəm / Dünya / 24-05-2025, 10:00

Gürcüstan Aİ-dən üzr istədi

Gürcüstan Aİ-dən üzr istədi


Gürcüstan tərəfi Aİ-nin Tiflisdəki nümayəndəliyinin əməkdaşı Saymon Vandenbruku ölkəyə buraxmadığı üçün üzr istəyib və onun işə qayıda biləcəyini təsdiqləyib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bundan əvvəl missiya Gürcüstan Xarici İşlər Nazirliyinə şifahi nota göndərərək, nümayəndə heyətinin lazımi qaydada akkreditə olunmuş üzvünün ölkəyə girişinin rədd edilməsinin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və digər beynəlxalq normalara zidd olduğunu vurğulamışdı.

Gürcüstan Xarici İşlər Nazirliyi jurnalistlərə bildirib ki, insident “texniki anlaşılmazlıq” nəticəsində baş verib.

"Biz bu məsələ ilə bağlı Avropa İttifaqının nümayəndələri ilə müzakirələr apardıq, onlara hər şey izah edildi və məsələ həll olundu", - Gürcüstan XİN-in mətbuat xidməti bildirib.

Mayın 21-də Tbilisi beynəlxalq hava limanında Vandenbruk Gürcüstana buraxılmayıb. O, növbəti reyslə getdiyi ölkəyə qaytarılıb.

Simon Vandenbruk Avropa Xarici Fəaliyyət Xidmətinin bir hissəsi olan Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsində işləyir. O, yardım proqramlarının əlaqələndirilməsi, Assosiasiya sazişinin həyata keçirilməsi və Aİ ilə Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin inkişafına cavabdehdir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.