azerbaycanxeberleritv.az » Gündəm » Bakıda bu ailələrə mənzillər veriləcək
Gündəm / Sosial / Cəmiyyət / 24-05-2025, 14:30

Bakıda bu ailələrə mənzillər veriləcək

Bakıda bu ailələrə mənzillər veriləcək


Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Bakı şəhərində mənzillər veriləcək.

"Azerbaycanxeberleritv.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.

Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.