azerbaycanxeberleritv.az » Gündəm » Həmin körpünün tikintisində ölüm
Gündəm / Hadisə / Cəmiyyət / 24-05-2025, 15:30

Həmin körpünün tikintisində ölüm

Həmin körpünün tikintisində ölüm


Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Azerbaycanxeberleritv.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində Qobustan rayon sakini 1964-cü il təvəllüdlü Umud Cəfərov hündürlükdən yıxılıb. Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.