azerbaycanxeberleritv.az » Gündəm » Səudiyyə bu obyektlərdə alkoqol istifadəsinə icazə verəcək
Gündəm / Dünya / Cəmiyyət / 26-05-2025, 10:30

Səudiyyə bu obyektlərdə alkoqol istifadəsinə icazə verəcək

Səudiyyə bu obyektlərdə alkoqol istifadəsinə icazə verəcək

Azerbaycanxeberleritv.az: - 2026-cı ildən Səudiyyə Ərəbistanı Krallığında 600 turizm məkanında alkoqollu içkilərin istehlakına icazə veriləcək.

"travelandtourworld” saytına istinadla xəbər verir ki, siyahısı qabaqcadan müəyyənləşdirilmiş turizm obyektlərində məhdud miqdarda alkoqol – pivə və şərab istehlakı mümkün olacaq.

Saytın məlumatına görə, icazə beşulduzlu hotellərin və kurortların, xarici markalarla tərəfdaşlıq edən icazəli turizm kəndlərinin daxilində tətbiq olunacaq.

İctimai yerlərdə, pərakəndə satış məkanlarında, vətəndaşların evlərində alkoqol satışı və istifadəsi qadağan olaraq qalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı "2030-cu il: Gələcəyə baxış” proqramı çərçivəsində turizmin ÜDM-də payını 10 faizə çatdırmağı və ildə 100 milyon turisti cəlb etməyi planlaşdırır.//AZƏRTAC

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.