azerbaycanxeberleritv.az » Gündəm » Rüşvət almaqda ittiham olunan İlyas Mahmudov yenidən məhkəmə qarşısında
Gündəm / Hadisə / Cəmiyyət / 26-05-2025, 15:00

Rüşvət almaqda ittiham olunan İlyas Mahmudov yenidən məhkəmə qarşısında

Rüşvət almaqda ittiham olunan İlyas Mahmudov yenidən məhkəmə qarşısında

Rüşvət müqabilində ədalətsiz qərar çıxarmaqda ittiham olunan sabiq hakim İlyas Mahmudovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

"Azerbaycanxeberleritv.az" Pravda.az-dan əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılır.

Qeyd: İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov il azadlıqdan məhrum edilib.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.