azerbaycanxeberleritv.az » Gündəm » “Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb
Gündəm / Sosial / Cəmiyyət / 2-06-2025, 16:30

“Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb

“Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb


“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən “Zeytun Pharmaceuticals” MMC-yə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması ilə bağlı protokolu tərtib edilib.

"Azerbaycanxeberleritv.az" bildirir ki, bu barədə Tribunainfo.az -a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, “Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozub.

Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.