azerbaycanxeberleritv.az » Gündəm » Erməni biznesmənləri üçün ciddi TƏHLÜKƏ
Gündəm / Dünya / 4-06-2025, 09:18

Erməni biznesmənləri üçün ciddi TƏHLÜKƏ

Erməni biznesmənləri üçün ciddi TƏHLÜKƏ


Gürcüstanın kənd təsərrüfatı naziri David Sonqulaşvili spirtli içkilərin tranziti ilə bağlı problemləri müzakirə etmək üçün Ermənistana gedəcək.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevok Papoyan “Mülki müqavilə” partiyasının icra orqanının iclasından sonra jurnalistlərə açıqlamasında deyib. Papoyanın sözlərinə görə, o, erməni konyakının tranziti ilə bağlı problemi həll etmək üçün Gürcüstana həmkarı Levan Davitaşvili ilə görüşmək niyyətində idi. Lakin Gürcüstan hökumətinin nümayəndələri İrəvana özləri gəlmək istəyirdilər. Sonqulaşvili iyunun 6-da - razılaşma əsasında, ilkin qərarlar paketi ilə gələcək.

Qeyd edək ki, spirtli içki istehsalçıları bir neçə həftədir ki, Gürcüstanla sərhəddə uzun müddətdir sənədləşməni gözləyən konyaklı yük maşınlarından şikayətlənirlər. Onlar 20 ildə ilk dəfə belə problemlə qarşılaşdıqlarını deyirlər. İstehsalçılar və ixracatçılar artıq iki dəfə Gürcüstanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirsələr də, məsələ hələ də həllini tapmayıb. Onlar Gürcüstan bazarı üçün nəzərdə tutulmamasına, Rusiya və digər ölkələrə tranzit yolda olmasına baxmayaraq, onların məhsulu olan yük maşınlarının nə üçün Gürcüstanda saxlanılaraq laboratoriya müayinəsinə göndərilməsi ilə bağlı izahat tələb edirlər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.