Nizami TƏHMƏZOV
XALİDƏ HİCRAN
(Roman)
Üçüncü hissə
I hissə + II hissə
Həmin illər Məhəmməd müəllim üçün çox ağır oldu. Və həmin illər onun ömür səhifəsinə qara hərflərlə yazıldı. Yoldaşını itirdi. Və ona bənzər daha çox ağrılar, acılar yaşadı.
O, ağır, üzücü xəyaldan ayrılanda artıq Günəş qüruba enirdi. Onun hərarətsiz, solğun şüaları Arpaçayın oynaq sularında cilvələnir və sanki rəqs edirdilər. Məhəmməd müəllim təbiəti çox sevirdi. Onun fikrincə, təbiət boyük Yaradanın insanlar və digər bioloji varlıqlar, canlılar üçün yaratdığı elə bir möcüzədir ki, onu dərk etmək, başa düşmək, sirlərini öyrənmək ta yaranışdan indiyə qədər mümkün olmayıb. Təbiəti dərk edənlər,onun gücündən düzgün bəhrələnənlər heç vaxt xəstələnməz, uzun illər ömür sürərlər. Lakin ötəri, şirin vərdişlər insanları yoldan çıxarıb öz təsiri altına alaraq Ulu Tanrının verdiyi ömrü qısaldır, müxtəlif xəstəliklərə düçar edirlər. Məhəmməd müəllim oxuduqlarından belə bir qənaətə gəlmişdi ki, bütün dərdlərin və hətta ən ağır bəd xəstəliklərin də dərmanı təbiətdədir.
Məhəmməd müəllim mütaliəni çox sevirdi. O. deyərdi ki, kitab insanın ən yaxın dostu və ən yaxın məsləhətçisidir. Biz keçmişi, keçmişdə baş verənləri, tarixi olayları, ictimai-iqtisadi formasiyaları yalnız kitablardan öyrənir və yalnız kitablardan əxz edirik. O, Muxtar Respublikanın yeganə ziyalılarından idi ki, “Quran Kerim”i ərəb dilində, Hafizi isə fars dilində oxuyardı. O, deyərdi ki, ərəb dili qədim dünyanın və ulu təbiətin sirlərini qismən də olsa öyrənmək üçün yeganə açardır.
Məhəmməd müəllimin evində on mindən çox kitab vardı.Hətta evin zirzəmisində çox böyük səliqə ilə kiçik rəflərə düzülmüş kitablar evə qonq gələn insanları heyrətə salardı. Demək olar ki, bütün sahələri əhatə edən bu kitabların hamısını Məhəmməd müəllim oxumuşdu. Onu ən çox cəlb edən və marağına səbəb olan İbn Sinanın kitabları idi. Bu kitabları ərəb dilində oxumaq, ordakı fikirləri tam mənası ilə başa düşmək ona xüsusi zövq və ləzzət verərdi. 30 il xəstə yatmış və bu 30 ildə tibb elminə aid 60 min kitab oxumuş Yapon alimi K.Nişinin həyatı Məhəmməd müəllim üçün daha maraqlı idi. Maraqlısı o idi ki, Nişini həkimlər, böyük-böyük, adlı-sanlı alimlər, loğmanlar deyil, məhz özü-özünü müalicə edib sağaltmışdır. Və bu oxuduqları kitabların ümimi nəticəsi olaraq altı bənddən ibarət özünün “Sağlamlıq sistemi” ni yaratməşdır. Bu, dünya sağlamlıq sistemində böyük bir hadisə idi. Məhəmməd müəllim yeri gəldikcə oxuduqlarını, bildiklərini sadə zəhmət adamları ilə paylaşar öyrədər, onları dünyada baş verən hadisələrlə tanış edərdi. Ona görə də kənd camaatı, uşaqdan- böyüyə hamı onu çox istəyirdi.
Həyət yoldaşı Səhnə dünyasını dəyişəndən sonra Məhəmməd müəllim iki uşaqla qaldı.Onları sxlamaq çətin idi. Ana məhəbbətini, ana nəvazişini dünyada heç nə ilə əvəz etmək olmazdı. Odur ki, Məhəmməd müəllim ikinci dəfə evlənmək məcburiyyətində qalırdı. O, Səhnədən sonra kimisə sevəcəyinə inanmırdı. Amma uşaqlara ana lazım idi.
Kənddə Kərbalayı Piri çox hörmətli adam sayılırdı. Haqqı- ədaləti, düzgünlüyü sevən halal adam idi. Oruc tutar, namaz qılar, bir sözlə, əsil Allah adamı ıdı, Allahın yolunu saxlayırdı. Varlı, zəngin adam idi. Kasıblara əl tutmağa xəsislik etməzdi. İndi atalar sözünə çevrilmiş “ Əl tutmaq Əlidən qalıb” deyimini çox sevərdi. “ Dünya malı gəidi- gedərdi” deyərdi, “ İnsana qalan yaxşılıq, xeyirxahlıqdır”.
Kərbalayı Pirinin Xanım adında gözəl bir qızı vardı. Çox ismətli, ləyaqətli, ağıllı bir qız idi. Ali təhsil almasa da orta məktəbi əla qiymətlərlə qurtarmışdı. Kəndin cavanlarının gözü onda olsa da, onun könlü başqasında idi. O başqası onun rahatlığını əlindən almışdı. Saatlarla onun haqqında düşünər, xoş hisslər, duyğular keçirər, sonra da dərindən elə bir köks ötürərdi ki, ahından dağlar titrəyərdi…Lakin qəlbini heç kimə açmaz, heç kimə bir kəlmə söz deməzdi. Xanımın fikrincə, insanın bu ali hissləri yalnız özünə aid olduğu üçün, onu yalnız öz qəlbində, ürəyində, könlündə saxlamalıdır. Şərəf və ləyaqət qadının ən gözəl bəzəyi və dəyəridir.
Yoldaşı öləndən sonra Məhəmməd müəllimin də ürəyindəki, könlündəki elə o idi, Kərbalayi Pirinin qizi Xanım… Bu xanım – xatın qızı görəndə o duyğulanar və qəribə hallar, xoş hisslər keçirərdi. Və özü də təəccüblənərdi ki, yoldaşının vəfatından sonra o kimisə istəyər və meyl sala bilərmiş…Bu ona çox qəribə gələrdi… Qəribə gələrdi və nə qədər fikirləşsə də bunun səbəbini tapa bilmirdi. Və getdikcə daha aydın şəkildə dərk edirdi ki, nə qədər istəməsə bu hiss, bu güc ondan asılı deyil.
Bir dəfə təsadüfən onu yolda görəndə elə bil sevindi. Sevindi və sanki bədənindən isti bir cərəyan keçdi. Bütün bədəni od tutub yandı. Özünü güclə ələ alıb nəsə demək istədi, amma bacarmadı. Elə bil deyəcəyi sözlər ilişib boğazında qalmışdı. Udqundu. Çiyinləri qalxıb- endi. Qız onun həyəcan keçirdiyini hiss etsə də , özü ondan betər idi və nə qədər addımlarını yeyinlətmək istəsə də ayaqları sözünə baxmırdı, sanki mıxlanıb yerində qalmışdı. Məhəbbətini qəlbində gəzdirdiyi insan sanki onun bütün ixtiyarını əlindən almışdı…
O, ətrafa baxdı. Kimsə yox idi. Güclə özünü topıayıb dedi:
-Salam, Xanım.
-Salam, - deyə qız gülümsündü, çöhrəsində təbəssüm oynadı.
-Sizə nəsə demək istəyirəm, amma bilmirəm fikrimi necə izah edim? Hər dəfə görəndə elə bil…
Sözünün ardını gətirə bilmədi, duruxdu. Xanım ağıllı qız idi, o dəqiqə başa düşdü ki, rahatlığını əlindən alan adam ona qarşı biganə deyil. Elə sevindi ki… Elə bil yeri-göyü, elə bil bütün dünyanı ona bağışladılar. Bir anın içərisində sifəti od tutub yandı…
-Bilirsiniz, - deyə Məhəmməd müəllim çətinliklə də olsa dilləndi. – Əgər mənim iki övladım olmasaydı böyük məmnuniyyətlə Sizin kimi bir qızla evlənərdim…Amma əlbəttə…- O, duruxdu.
-Nə əlbəttə? – deyə Xanım özü də hiss etmədən qeyri-ixtiyarı tələsik soruşdu.
-Əlbəttə, iki uşağı kim qəbul edər ki ?
Xanım onun fikrini dərhal başa düşdü. Amma özünü o yerə qoymadı. Sevincini gizlədib utancaq halda dedi:
-Niyə ki? Sizi istəyən adam, uşaqları da qəbul edər. Siz heç soruşmusunuz?
-Kimdən?
-Sevdiyiniz qızdan.
Məhəmməd müəllim ürəkləndi:
-Elə isə soruşuram, mənə gələrsiniz?
O, gülümsündü, qəlbi şiddətlə döyündü:
-Belə məsələləri atamla həl edin, - deyib iti addımlarla ondan uzaqlaşdı.
Xanımla ailə qurandan sonra onların altı uşağı oldu. Həmidə, Aydın, Xalidə, Həmid, Vahidə və Nadir. Xanım heç vaxt Adillə Fəridəni öz döğma balalarından ayırmazdı. Xörəyin ən yaxşısını onlara verər, sevər və əzizləyərdi. Xanımın elə böyük bir ürəyi vardı ki, o urəyin hərarətində, istisində, sevgisində hər kəs isinər, qızınar, özünü rahat və bəxtiyar hiss edərdi. Xanımın ərinə olan sevgisi, məhəbbəti uşaqlarına da keçmişdi. Onlar sevimli və fədakar bir ana məhəbbəti ilə qayğısız böyüyürdülər. Cəmiyyət üçün yararlı, qurub-yaradan, respublikamızın adını yüksəklərə qaldıran əqidəli, savadlı uşaqlar kimi tərbiyə alırdılar. Aylar, illər ötdükcə onlar da böyüyür, sinifdən sinfə keçirdilər. Bu uşaqların arasında Xalidə xüsusilə seçilirdi.O, ailənin ən sevimli qızı idi. Yeddinci sinifdə oxuyurdu.Çox zəngin mənəvi dünyası, güclü təxəyyülü və fantaziyası vardı. Ağlına, hissiyatına, duyumuna görə yoldaşlarından çox-çox fərqlənirdi. Ədəbiyyata ciddi fikir verər, çoxlu mütaliə edər, şeiri, sənəti yüksək qiymətləndirərdi.
Rənglər dünyası Xalidə üçün sehrli, möcüzəli bir aləm idi.O, tez-tez bu möcüzələr dünysına baş vurur, rəngli karandaşlar və akvarellə kiçik təbiət lövhələri yaradardı. O, elə incəliklə işləməyə çalişar və diqqət yetirərdi ki, sanki ətraf mühitdən təcrid olunardı. Çəkdiyi rəsmlərə kənardan baxar, xoşuna gəlmirsə, gözəl və düşündürücü deyilsə, yenidən üzərində işləyərdi…
Məktəbdə hamı onu rəssam kimi tanıyırdı. Ağlı, düşüncəsi, məntiqi ilə müəllimlərin diqqətini cəlb edər, onların sevimlisinə çevrilərdi. Atası klassik ədəbiyyatı gözəl bildiyindən Xalidə bu sahəyə də xüsusi maraq göstərirdi. Nizami sehrinin, sənətinin vurğunu idi. Onun əsərlərini svə-sevə oxuyardı.Oxuyardı və mənasını başa düşmədiyi sözlərln fəlsəfi anlamını atasından öyrənərdi. Qızının rəssamlığa, klassik ədəbiyyata hədsiz marağı və fədakarlığı Məhəmməd müəllimin diqqətindən yayınmırdı. Bir gün o, qızını yanına çağırıb dedi:
- Qızım, fikir vermişəm, sən klassik ədəbiyyata, Nizami yaradıcılığına çox fikir verirsən, çoxlu mütaliə edirsən. Amma eyni zamanda maraqlı rəsmlər də çəkirsən.Bunlar sənin üçün çətin deyil ki?
O, dərin fikrə getdi. Əslinə qalsa Nizamini, Füzulini dərk etmək o qədər də asan deyildi. Odur ki, atasının üzündən öpüb dedi:
-Bilirsən, ata, düzdür, çətindir.Amma nə qədər də çətin olsa Nizaminin ecazkar sənət dünyasının vurğunuyam. Düşünürəm ki, insanda maraq, istək, sevgi olsa bütün çətinlikləri asanlıqla aradan qaldırar. Yetər ki, seçdiyin sənəti, ixtisası ürəkdən sevəsən. Mən sənin kitablarının hansıa birində oxumuşam ki, böyük alim Eynşteynin iddiasına görə dünya sevgi üzərində qurulub. Doğrudan da bu çox düşündürücü və maraqlı bir məsələdir. Mən bunun nə qədər həqiqət olub olmadığını bilməsəm də, amma sevginin çox böyük gücə malik olduğunu hiss edirəm. Mən buna istək, maraq deyirəm. Yəni insanın ilk öncə nəyəsə güclü istəyi, marağı olmalıdır.
-İstək imkanla uyğunlaşmalıdır, qızım, - deyə Məhəmməd müəllim mehribanlıqla dilləndi. - Sənin fikirlərini tam qəbul edirəm. Amma dediyin o istək o sevgi imkana uyğun olmayanda nəticəsiz qalar.
Xalidə atasının inciyəcəyindən ehtiyat edirmiş kimi astadan dedi:
-Mən bir az fərqli düşünürəm, ata.
-Fərqli ?- deyə Məhəmməd müəllim təəccüblə soruşdu,- O nə fərqdir elə ?
O, qızının susduğunu görüb əlavə etdi:
-Mən səndən yerdən göyə qədər razıyam, qızım.Böyük- kiçik, hörmət-izzət yerini bilənsən. Açıq fikir mübadiləsi eləmək hörmətsizlik deyil. Əksinə, mən istəyirəm ki, fikirlərini, düşüncələrini, istək və arzularını mənimlə bölüşəsən.
Xalidə dedi:
-Sağ ol, ata, mən də, bacı - qardaşlarım da həmişə səndən razı qalmışıq. Amma indi icazə ver etiraz edim ki, imkansızlıqdan istək yranmasa onda inkişaf dayanar. Ehtiyac təkamülün yaradıcısı olduğu kimi , istək və arzu da inkişafın əsasıdır. İmkandan asılı olmayaraq insan düşünür, fikirləşir, istək və arzuları uğrunda mübarizə yolları axtarır. Bir növ fəaliyyət göstərir. Fəaliyyət özü də bir neçə kateqoriyalara bölünür. Ən əsası isə fərdi və ictimai fəaliyyətdir. Fərdi fəaliyyət insanın şəxsi həyatı, ictimai fəaliyyət isə cəmiyyətlə bağlıdır.
Məhəmməd müəllim təəccüblə qızına baxdı:
-Sən nə damışırsan, qızım?
-Bəli, ata.Bu həqiqətdir. Əgər biz “imkan yoxdur” deyib otursq, fəaliyyət göstərməsək, onda inkişafdan dnışmağa dəyməz. O zaman həyat iflic olar.
Məhəmməd müəllim fikrə getdi.
-Sənə nə oldu, ata?- deyə Xalidə tələsik və narahat halda soruşdu. O, atasının qəlbinə dəyəcəyindən qorxurdu.Məhəmməd müəllim olduqca həssas, incəqəlbli və gövrək bir adam idi. Bəzən ən xirda bir şeydən inciyər, amma heç kəsə bldirməzdi. Ancaq bu dəfə belə deyldi. O, qızının ağlına, məntiqinə, dünyagörüşünə heyran qalmışdı və onunla fəxr edir, qürurlanırdı. Nəhayət, fikirdən ayrıiıb:
-Narahat olma, qızım, - dedi, - Sənin fikirlərin məni çox düşündürdü. Amma mən hələ də özüm üçün aydınlaşdıra bilməmişəm ki, sən hansı ixtisası, hansı sənəti seçirsən ?
Xalidə ucadan güldü. Şıltaq uşaqlar kimi atılıb atasının üzündən öpdü.Sonra gözünün quyruğu ilə ona baxdı:
-Niyə ki, elə? Axl, sən bunu bilməmiş deyilsən,
-Doğrudan?
-Bəs necə?
-Onda qoy fikirləşim.
-Daha nə fikirləşirsən ? De görüm.
-Hə, bildim, yaqin şair olacaqsan?
Xalidə əlini əlinə vurub ucadan güldü, atılıb düşdü:
-Hə…Bu da var…Amma rəssam olacağam. Əgər şeir, poeziya mənim sevincim, arzum, istəyimdirsə, rəssamlıq isə həyatımdır.Bir çox insanlar rəssamlığa şəkil çəkmək kimi baxırlar. Amma bu, belə deyil, mənim fikrimcə, rəssamlıq böyük sənətdir. Əgər insanın ıçı, daxili dünyası, təxəyyülü, fantaziyası, rəngləri duymaq, onların fəlsəfəsini dərk etmək bacarığı olmasa ,onda maraqlı heç nə alınmaz. Çünki rənglərin özü ecazkar bir dünyadır. – O, nə fikirləşdisə bir az duruxub sonra əlavə etdi. - Olar bir misal deyim ? Əgər yordumsa danışmayəm?
-Yox, yox, qızım, buyur. Əksinə, mənim üçün çox maraqlıdır, danış.
-Təsəvvür edək ki, qarlı-şaxtalı, boranlı bir qış günüdür. Hər tərəfi qar örtüb. Çox da isti olmayan balaca bir otaqda pəncərə qarşıaında oturub çölə baxırıq. Ac qurd kimi ulayan külək qarı havada sovurub pəncərəyə çırpır. Bir müddət bu mənzərəni seyr etmək adama xoş gələ bilər, amma bir az keçdikdən sonra insan bezər, üşüyər, olan dərdi – qəmi yadına düşər. İçin-için ağlayar, sızlayar..İçindən qara yellər keçər. Amma divardaki yaz fəslini təsvir edən gözəl təbiət mənzərəsinə baxanda adamın əhvalı düzələr. Ordkı əlvan rənglər, güllər, çiçəklər, yaşıl otlar, ağaclar,dağlar, bir sözlə, əsrarəngiz gözəlliklər, rəng çalarları insanı öz sehrinə alar. Xoş hisslər, duyğular yaradır. İstər-istəməz insan daxilən, ruhən rahatlıq tapar. Bax, budur rənglər dünyasının sehri, onun təsir gücü, ata. Hər rəngin öz mənası var...
Məhəmməd müəllim sanki qızını birinci dəfə görürdü. Elə bil səsini birinci dəfə eşidirdi. Birdən-birə ona elə gəldi ki, Xalidə dəyişib tamam başqa bir qız olub.Birdən –birə ona elə gəldi ki, dağ çiçəyindən zərif , bulaq suyundan duru, göz yaşından şəffaf, məhəbbət və sədaqət cövhərindən yoğrulub Xalidə. Üfüqdən boylanan günəşin zərrin şüaları aciz qalardı bu təmizlik, bu paklıq qarşısında. Bu təmizlik, paklıq və gözəllik insan şərəfini və ləyaqətini göylərə ucaldan ilahi bir qüvvənin verdiyi bir möcüzənin təntənəsi idi.
O, qızının alnından öpüb maraqla soruşdu:
-Qızım, bunları sənə kim öyrədib? Sən bunları nə vaxt öyrənmisən ?
-Sən, - deyə Xalidə sevinclə cavab verdi, - Kim olacaq ki?
-Mən?
-Əlbəttə sən.Bir də anam. Sizsiniz məni ərsəyə çatdıran, tərbiyə edən. Yuxusuz gecələr, narahat günlər də keçirən sizsiniz. Ömrünü, gününü, illərini də bizə bağışlayan sizsiniz. Sizin ruhunuzla qidlanıb, sizin gözlərinizlə dünyaya baxmışıq. Sizsiniz mənim səcdəgahım, sizsiniz mənim kəbəm. Siz məni elə tərbiyə edib boya-başa çatdırmısınız ki, bu gün öyrəndiklərim və dərk etdiklərim üçün yalnız sizə minnətdaram.
Məhəmməd müəllim ayağa durdu. Xalidə də oturduğu yerdın dik qalxdı. Ata üçün, valideyn üçün ən böyük xöşbaxtlik övladlarının ağıllı, dərrakəli, cəmiyyət üçün yararlı olduğunu görməkdir. Odur ki, böyük razılıq və məmnunluqla qızına dedi:
-Sağ ol, qızım. Mənim heç ağlıma da gəlməzdi ki, sən belə az vaxtda bu qədər ikişaf eləmisən ?. Fikirlərin, düşüncələrin çox xoşuma gəldi. Allah səni həmişə xöşbəxt eləsin.
-Sağ ol, ata, - deyə Xalidə dilləndi. – Onu da deyim ki, sən mənim üçün bir məktəbsən. Əgər məktəbdə elm öyrənirəmsə, səndən həyat dərsi alıram. Mən sənə yalnız bir valideyn kimi deyil, eyni zamanda yaxın bir dost, məsləhətçi, bir müəllim kimi yanaşmışam. Sən bizə bir söz demək və ya bir fikir çatdırmaq istəyəndə Nizami Gəncəvinin öyüd- nəsihətləri ilə danışardın. Bu məni çox düşündürərdi və bu düşüncələr mənim üçün ən yaxşı təsir vasitəsinə çevrilərdi. Buna görə həyatım boyu sənə minnətdaram, ata...

***