azerbaycanxeberleritv.az » Gündəm » AZAL Yaxın Şərqə bütün uçuşları ləğv edib
Gündəm / Cəmiyyət / Dün, 09:00

AZAL Yaxın Şərqə bütün uçuşları ləğv edib

AZAL Yaxın Şərqə bütün uçuşları ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reyslər ləğv edilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Ləğv edilən reyslər:

• Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
• Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
• Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.