azerbaycanxeberleritv.az » Manşet » Misli Premyer Liqası: X turun daha iki görüşü baş tutacaq
Manşet / İdman / 19-10-2024, 11:20

Misli Premyer Liqası: X turun daha iki görüşü baş tutacaq

 Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.



Şamaxı şəhər stadionunda saat 15:30-da başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.


"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.


Azərbaycan Premyer Liqası


II dövrə, X tur


19 oktyabr


15:30. "Şamaxı" - "Araz-Naxçıvan"


Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.


VAR: Nicat İsmayıllı.


AVAR: Akif Əmirəli.


Hakim-inspektor: Feyzulla Feyzullayev.


AFFA nümayəndəsi: Elgiz Abbasov.


Şamaxı şəhər stadionu.


18:00. "Neftçi" - "Səbail"


Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.


VAR: Əliyar Ağayev.


AVAR: Zeynal Zeynalov.


Hakim-inspektor: Orxan Məmmədov.


AFFA nümayəndəsi: Seymur Səlimli.


"Neftçi Arena".


Qeyd edək ki, turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.