azerbaycanxeberleritv.az » Manşet » Bekhem MLS kubokunu Messiyə verdi - FOTO
Manşet / İdman / 20-10-2024, 12:58

Bekhem MLS kubokunu Messiyə verdi - FOTO

 İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyununa çıxıb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, komanda “Nyu-İnqlend Revolüşn”la qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib.

Oyunda məşhur futbolçular Lionel Messi het-trik, Luis Suares isə dubl edib. Komandanın digər qolunu isə Benjamin Kremaski vurub.



Həmçinin bu gün 32-ci turda - oktyabrın 3-də çempionluğu rəsmiləşdirən "İnter Mayami"yə MLS-in kuboku da təqdim olunub. 


Klubun sahibi Devid Bekhem kapitan Lionel Messiyə çempionluq kubokunu təqdim edib və komandanı təbrik edib. 


Bundan əlavə, Messiyə klub tarixinin 1 mövsümdə ən çox qol vuran (33 qol) futbolçusu kimi mükafat da verilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.