azerbaycanxeberleritv.az » Manşet » Oğuz-Qəbələ Bakı su kəmərinin dəhşətli dərəcədə talan olunması
Manşet / Sosial / Regionlar / 14-11-2024, 12:08

Oğuz-Qəbələ Bakı su kəmərinin dəhşətli dərəcədə talan olunması

Azerbaycanxeberleritv.az. xəbər verir:Əslən Kəlbəcər rayon Keşdək kəndindən olan müvəqqəti Oğuz rayon Calut 2 qəsəbəsində məskunlaşan Qəhrəmanov Qiyas Dilqəm oğlu redaksiyamıza yazılı şəkildə müraciət edərək bildirdi ki, mən bir neçə il öncə Oğuz-Qəbələ Bakı su kəməri idarəsində  fəaliyyət göstərmişəm. Orda olan problemlərdən mənim məlumatım var istəyirəm ki, məndə olan məlumatları sizin saytının vasitəsi ilə lazımı orqanlara çatdırım. Bu qlabalnı problemdən nə hüquq mühafizə orqanlarının nədə ictimaiyyətin xəbəri var.

Oğuz-Qəbələ Bakı su kəməri idarəsi hal-hazırda talan olub gedir 50-dən çox işçi iş yerini tanımır və hər ay baş direktora pul verilməlidir. Bu pulları Oğuz rayonunda yaşayan Oğuz-Qəbələ Bakı su kəməri idarəsinin baş sahə rəisi  pulları hər ay yığır, gətirib Ceyranbatan idarəsinin direktoruna təhvil verir.

Oğuz-Qəbələ Bakı su kəməri idarəsinin mühafizə zolağı var ki, həmin zolaqda olan partizan quyularının çoxlu sayda gözətçiləri  və mühafizə polisi dayanmalıdır amma burda heç bir insan dayanmır.

Bu ərazidə çoxlu sayda kəmərlərin partladılıb kənara suyun verilməsi qarğıdalı və tütün sahələrinə su verilməsi faktları və çoxlu sayda karain və transformator ətraf setkaların sökülərək satılır, kabellər dəfələrlə sökülüb yoxa çıxır və satılır. Bildirək ki, bu ərazidə təqribən 25-dən çox polis və 30-40-a yaxın Azərsu gözətçisi dayanmalıdır. Lakin bu insanların heç biri orda olmur.Çünki bu insanların  yaşayış yerləri digər rayonlar olduğu üçün bura işə gedib gəlmək çox çətindir və onun üçündə əmək haqqı kartları əlli faizə bölünür. Əlli faizi Ceyranbatan su kəməri idarəsinin direktoruna gedir. Onuda bildirim ki, idarədə olan tikinti texnikaları yerqazan traktor və kamazlar mülki vətəndaşlara işləyərək idarəyə aylıq hesab verir. Bu tikinti texnikaları şəxsi cinlərə işlədiyi üçün dövlətimizə milyardlarla manata başa gələn Oğuz-Qəbələ Bakı su kəmərinin hər hansı bir bərpa işlərində iştirakı olmayıb. Ona görə də çəkib göstərdiyimiz problemlər illərdir olduğu kimi qalır və günü-gündən  artmaqda davam edir.

Oğuz-Qəbələ Bakı su kəməri idarəsinə dövlətimizin büdcəsindən təqribən 7-8 milyarda yaxın pul vəsaiti ayrılmışdır ki, Bakı şəhəri ən azı 50% (faiz) su ilə təmin olunsun. Hal hazırda isə heç 6-7 faiz Oğuz-Qəbələ Bakı su kəməri idarəsi Bakı şəhərini su ilə təmin edə bilmir.

Yalnız yalançı hesabatlarla Nazirlər kabinetini və digər qurumları aldatmaqla məşğul olurlar. 

Oğuz rayonun Muxas Calut 2 qaçqınlar qəsəbəsi, Bucaq kəndinin kənd sakinləri Əhliman Mansurovdan hələdə şikayət edirlər ki, kəmərlər partlayıb quyular dağılır, buna baxan yoxdu ancaq fikirləri torpaqda qalıbdır. Neçə nəfərin səpilib bitmiş taxılı şumlayıblar ki, olmaz. Hələ də vətəndaşların haqqını yeməkdə davam edirsiniz. 

Əhliman Mansurov özünü keçmiş  Baş Prokuror Zakir Qaralovun yaxın qohumu kimi təqdim edir. 

Əks tərəflərində fikirlərini dinləməyə hazırıq. 

Ətraflı video sujetdə: 


Müəllif:Jalə Əlövsətqızı

Tarix:14.11.2024 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.