



Qəhrəman Şəhid Qarabağ Qartalı ləqəbli Alqayev
Harun Məhəmməd oğlunun döyüş yoluna həsr
olunmuş “Dəmir Yumruğla Zəfərə Doğru” kitabının
təqdimat mərasimi keçrilmişdir. Tədbir Silahlı
Qüvvələrinin Zabitlər evində Şəhidin doğum günü
ərəfəsində keçrilmişdir. Tədbirin təşəbbüs və
təşkilatçılığını həyata keçirən Qarabağ Əlillərinə Qayğı
İctimai Birliyinin sədri Qazi Firidun Məmmədov Şəhid
ailəsinin üzvülərini və qonaqları salmlayaraq, Harunun
döyüş yolundan danışmışdır. Sonra qonaqlara və
Şəhidin silahdaşlarına söz verilmişdir. Yüksək
təntənəylə keçən kitab təqdimatı Şəhid atası
Məhəmməd Alqayevin və Şəhid Anasının çıxışlarıyla
yekunlaşmışdı. Tədbir müxtəlif mətbuat orqanları və
televiziyalar tərəfindən işıqlandırılmışdır.