azerbaycanxeberleritv.az » Manşet » Bakıda bu ərazidə başlayan yanğın söndürüldü
Manşet / Gündəm / Hadisə / 7-07-2023, 14:31

Bakıda bu ərazidə başlayan yanğın söndürüldü

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Azerbaycanxeberleritv.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilən zaman təkər tullantılarının yandığı məlum olub. Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.