azerbaycanxeberleritv.az » Manşet » Atalanta" ilə görüşdə fərqlənən Kilian Mbappe adını Çempionlar Liqasının tarixinə yazdırıb
Manşet / İdman / 11-12-2024, 11:14

Atalanta" ilə görüşdə fərqlənən Kilian Mbappe adını Çempionlar Liqasının tarixinə yazdırıb

 Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının tarixinə düşüb.

Azerbaycanxeberleritv.az  xəbər verir ki, o, turnirin təsnifat mərhələsi nəzərə alınmadan 50 qol həddinə çatan doqquzuncu futbolçu olub.


25 yaşlı forvard turnirin VI turunda "Atalanta" ilə oyunda fərqlənməyi bacarıb. Mbappe "Real Madrid"dən əvvəl "Monako" və PSJ-nin heyətində Çempionlar Liqasının əsas mərhələsində fərqlənib.


O, turnirin ümumi qol sayında Filippo İnzaqi və Məhəmməd Salahla 10-12-ci yerləri bölüşür.


Qeyd edək ki, 10-cu dəqiqədə hesabı açan Mbappe 36-cı dəqiqədə zədələnərək meydanı tərk edib.


Çempionlar Liqasının bombardirləri (təsnifat mərhələsi nəzərə alınmadan):


140: Kriştianu Ronaldu ("Mançester Yunayted", "Real Madrid", "Yuventus")


129: Lionel Messi ("Barselona", PSJ)


101: Robert Levandovski ("Borussiya Dortmund", "Bavariya", "Barselona")


90: Kərim Benzema ("Lion", "Real Madrid")


71: Raul Qonsales ("Real Madrid", "Şalke")


60: Ruud van Nistelroy (PSV, "Mançester Yunayted", "Real Madrid")


54: Tomas Müller ("Bavariya")


51: Tyerri Anri ("Monako", "Arsenal", "Barselona")


50: Kilian Mbappe ("Monako", PSJ, "Real Madrid")


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.