azerbaycanxeberleritv.az » Manşet » Qarabağ” İsveç səfərində: Ya davam, ya da…
Manşet / İdman / 12-12-2024, 11:08

Qarabağ” İsveç səfərində: Ya davam, ya da…

 Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” Avropa Liqasında növbəti sınağına çıxır.


Azerbaycanxeberleritv.az xəbər verir ki, Ağdam klubu turnirin əsas mərhələsinin 6-cı turu çərçivəsində səfərdə “Elfsborq”la qarşılaşacaq.


”Kölən atlar” bu görüşə 3 ciddi itki ilə çıxacaq. Baş məşqçi Qurban Qurbanov yarımmüdafiəçi Aleksey İsayev, müdafiəçiləri Bəhlul Mustafazadə və Kevin Medinanım xidmətindən yararlana bilməyəcək.


İsveç təmsilçisi ilə qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.


“Qarabağ” əvvəlki 5 oyundan 4-də uduzub, 1-də qalib gəlib. Təmsilçimiz qalib gəlməklə pley-off şanslarını qoruya bilər. Əks halda ağdamlıların işi möcüzəyə qalacaq.


“Elfsborq” isə 5 oyunda 3 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə ilə yadda qalıb. İsveçlilər üçün də “Qarabağ”la görüş son şansdır.


Avropa Liqası: 6-cı tur

12 dekabr


00:00 Elfsborq – Qarabağ

Baş hakim: Antanio Nobre (Portuqaliya)

“Boras Arena”.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.