azerbaycanxeberleritv.az » Manşet » İşlədiyi şirkətin soyuducularını sataraq 15 min manat ələ keçirdi
Manşet / Hadisə / 13-12-2024, 13:21

İşlədiyi şirkətin soyuducularını sataraq 15 min manat ələ keçirdi

 Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub.


Bu barədə "Azerbaycanxeberleritv.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



Bildirilib ki, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub.


Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib.


Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.