azerbaycanxeberleritv.az » Manşet » Bu gün Suqovuşan Fatehi Əli Seyidovun cənnətdəki 3-cü Mövlududur
Manşet / Gündəm / Müharibə / Qan yaddaşı / 11-07-2023, 03:24

Bu gün Suqovuşan Fatehi Əli Seyidovun cənnətdəki 3-cü Mövlududur

Seyidov Əli Rahim oğlu 1999-cu il iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Rixard Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb. Kikboksinq və ağır atletika üzrə yarışlarda birincilik qazanıb. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub. 2018-2019-cü illərdə hərbi xidmətdə olmuşdur.

Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Ordusunun əsgəri olan Əli Seyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər-Suqovuşan döyüşlərində savaşıb. 2020-ci il oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Seyidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Bu gün şəhidimizin cənnətdəki 3-cü mövlud günüdür.Cənnətdəki Mövludun mübarək Qəhrəman Şəhidim!

Allah Rəhmət eləsin! 

Lalə anamıza Allahdan səbr diləyirik!

Ruhun şad olsun! Məkanın cənnət olsun Şəhidim!


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.