azerbaycanxeberleritv.az » Manşet » Hava şəraitinə görə qatarların sürət həddi endirilib
Manşet / Hava / 14-12-2024, 13:57

Hava şəraitinə görə qatarların sürət həddi endirilib

 

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Azerbaycanxeberleritv.az"a verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.


"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar", - məlumatda bildirilib.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.