azerbaycanxeberleritv.az » Manşet » Benzema karyerasını başa vurur
Manşet / İdman / 16-12-2024, 16:25

Benzema karyerasını başa vurur

 

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən fransalı futbolçu Kərim Benzema gələcək karyerası ilə bağlı qərarını verib.

"Azerbaycanxeberleritv.az" xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı forvard gələn ilin may ayında futbolla vidalaşacaq.


Artıq onun yeni iş yeri də bəllidir. Benzema karyerasını bitirdikdən sonra sabiq komandası olan İspaniyanın “Real Madrid” klubunun səfiri olacaq.

Qeyd edək ki, K. Benzema “Real Madrid”lə yanaşı, ölkəsində “Lion” komandasının da formasını geyinib. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.