azerbaycanxeberleritv.az » Manşet » Xəzər rayonu SAHİBSİZ QALIB... - BU DA FAKT!
Manşet / Sosial / 17-12-2024, 13:30

Xəzər rayonu SAHİBSİZ QALIB... - BU DA FAKT!

Xəzər rayonunun Mərdəkan və Şağan qəsəbələrində kanalizasiya sisteminin olmaması ərazidə yaşayan sakinlərin rahatlığını pozub. Sərnişin avtobuslarının da keçdiyi qəsəbə yolları kanalizasiya sularının yığıldığı çirkab gölməçəsinə çevrilib. Hər yağış yağanda isə sözügedən ərazilərdə daha acınacaqlı mənzərə yaranır.

Bununla bağlı Bizim.Media-ya Mərdəkan qəsəbə sakinləri adından Rübabə Ağayeva şikayətlənib.

10 ildən çoxdur eyni problemdən əziyyət çəkdiklərini deyən şikayətçi yağıntılardan sonra Heybətqulu Məmmədbəyli küçəsinin yaxınlığındakı yolların bərbad vəziyyətə düşdüyünü, nəinki piyadalar, hətta avtomobillər üçün hərəkətin çətinləşdiyini deyib.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara rəsmi müraciət edilsə də, problem həllini tapmır. Daha doğrusu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən ünvanda kanalizasiya sisteminin qurulmasına razılıq versə də, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yerin altından elektrik xətləri keçdiyini əsas gətirərək, qazıntı işlərinə icazə vermir.

Qarşı tərəfin fikirlərin dinləməyə hazırıq

Daha ətraflı videosujetdə:


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.