Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb.
Azerbaycanxeberleritv. az Report-a istinadən xəbər verir ki, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub.
Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub, davamiyyət və tədris prosesi ilə maraqlanıb.
"Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, ötən gün adı çəkilən məktəbdə yanacaq sobasında yaranmış tüstü səbəbdən 71 nəfər zəhərlənib.