azerbaycanxeberleritv.az » Manşet » Juninyo bu kluba keçir – "Qarabağ" razılaşdı...
Manşet / İdman / 11-01-2025, 10:21

Juninyo bu kluba keçir – "Qarabağ" razılaşdı...

 

"Flamenqo” klubu Juninyonun transferi üçün “Qarabağ”la razılığa gəlib.

Azerbaycanxeberleritv.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə bir qədər əvvəl Braziliyanın bir neçə media qurumu məlumat yayıb.

ESPN-in saytı bildirib ki, Rio təmsilçisi qışda ilk transferini gerçəkləşdirmək üzrədir. Juninyo klubun 2025-ci ildə alacağı ilk oyunçu olacaq.

Məlumata görə, bu, “Flamenqo”nun “Qarabağ”a ikinci təklifi sayəsində mümkün olub. Rio-De-Janeyro klubu Juninyo üçün “Qarabağ”a 5 milyon avro ödəyəcək. İlk müraciətdə 4 milyon təklif olunmuş, “Qarabağ” isə bunu rədd etmişdi.

Braziliyanın tanınmış insayderi Vene Cesagrande de tərəflərin razılığa gəldiyini və Juninyonun 5 milyon təzminat müqabilində “Flamemqo”ya keçəcəyini yazıb.

Hələlik klublar bu məlumatı şərh etməyiblər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.