azerbaycanxeberleritv.az » Manşet » Dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb
Manşet / Hadisə / 13-01-2025, 17:07

Dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb

 

Nəsimi rayonu ərazisində üç nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.