azerbaycanxeberleritv.az » Manşet » Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəldi
Manşet / İdman / 13-01-2025, 17:39

Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəldi

 

Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəldi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləməsindən sonra Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib.

Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.