azerbaycanxeberleritv.az » Manşet » Elman Paşayevin adı daha bir dələduzluqda hallanır
Manşet / Sosial / 14-01-2025, 18:19

Elman Paşayevin adı daha bir dələduzluqda hallanır

 

Azərbaycan əsilli sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb.

Azerbaycanxeberleritv.az Report-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub.

"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib.

İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs tanınıb.

Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.