azerbaycanxeberleritv.az » Manşet » Beyləqanda ağır qəza: 6 nəfər xəsarət aldı
Manşet / Hadisə / Dün, 13:56

Beyləqanda ağır qəza: 6 nəfər xəsarət aldı

 

Beyləqanda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, rayonun Daşburun qəsəbəsində hərəkətdə olan "Mersedes" markalı avtomobil qarşıdan gələn VAZ- 21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlərdən 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan 4-nün Füzuli, 2-nin isə Beyləqan rayon sakini olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.